12 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak ediblər. Toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Türkiyə Bankalar Birliyinin İdarə Heyətinin sədri […]
11 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə SWIFT nümayəndələri, eləcə də ölkənin bank sektorunu təmsil edən SWIFT üzvləri və istifadəçilərinin iştirakı ilə xüsusi görüş keçirilib. Tədbir beynəlxalq ödəniş ekosistemindəki cari dəyişikliklər, sərhədlərarası ödənişlərin gələcək inkişaf istiqamətləri və bank sektorunun qlobal transformasiya proseslərinə hazırlığı mövzularına həsr olunub. Tədbiri giriş nitqi ilə açan […]
12 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib. Görüşdə MMX-nin nümayəndələri, ABA üzv banklarının komplayens sahəsinə məsul əməkdaşları və ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində maliyyə monitorinqi sahəsində aktual məsələlər, hesabatlılıq prosesləri, eləcə də Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) platformasının tətbiqi və istifadəsi ilə bağlı mövcud […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov imzalayıblar. Memorandum bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın gücləndirilməsini, nağdsız ödənişlər ekosisteminin inkişafını, müasir ödəniş həllərinin tətbiqini, […]
9-10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “International Finance & Banking Summit 2026” (IFBS 2026) uğurla başa çatdı. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Sammit maliyyə və bankçılıq sektorunun aparıcı nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, fintech şirkətlərini, texnologiya tərəfdaşlarını və ekspertləri bir araya gətirdi. “Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusuna həsr olunan Sammit iki gün […]