ABA-nın nəznində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq” üzrə Ekspert Qrupunun 1 oktyabr 2026-cı il tarixində, onlayn formatda iclası keçirilmişdir. İclasda banklar tərəfindən təqdim edilən hesabatlar, rəqəmsallaşma və maliyyə-mühasibatlıq sahəsində məsələlərin məsələlərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan […]
27 sentyabr 2026-cı il tarixində ABŞ-ın Mayami şəhərində keçirilən Sibos 2026 tədbirində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, eləcə də Azərbaycan banklarının nümayəndələri iştirak ediblər. Dünyanın aparıcı maliyyə institutlarını və bank sektorunun nümayəndələrini bir araya gətirən Sibos 2026 çərçivəsində beynəlxalq ödənişlərin gələcəyi, rəqəmsal maliyyənin inkişafı, süni intellektin maliyyə xidmətlərinə inteqrasiyası və maliyyə ekosistemində […]
29 sentyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Kredit Bürosu (AKB) və ABA-nın nümayəndələrinin iştirakı ilə məsafədən verilən kreditlər üzrə yeni tələblərin tətbiqi məsələlərinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə məsafədən verilən kreditlər üzrə özünəqadağa mexanizminin yaradılması və gözləmə müddətinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. […]
1. Yeni yanaşmanın tətbiq edilməsində əsas məqsəd nədir? Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçıları, o cümlədən banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimuma endirilməsi və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir. Son illərdə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin sürətli inkişafı, nağdsız hesablaşmaların genişlənməsi və innovativ ödəniş həllərinin artması risklərin daha effektiv […]
Son günlər ödəniş kartlarının sayı ilə bağlı ictimaiyyətdə yaranan sualları nəzərə alaraq, aşağıdakı məsələlərə aydınlıq gətirmək istərdik. ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş […]