22 oktyabr 2026-cı il tarixində keçirilən III İslam Maliyyə Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov çıxış edib. O, çıxışında bank sektorunun mövcud göstəricilərinə toxunaraq, islam maliyyəsi alətlərinin biznesin maliyyələşdirilməsində yaratdığı imkanlardan bəhs edib. Yunus Abdulov, həmçinin Mudaraba və Murabaha məhsullarının tətbiqi, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, bank mütəxəssislərinin hazırlanması və müştəri etimadının gücləndirilməsinin […]
15–17 oktyabr 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının “Xorqos” Beynəlxalq Sərhəd Əməkdaşlığı Mərkəzində III Avrasiya Maliyyə-İqtisadi Forumu keçirilib. Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov iştirak edib. Forum Qazaxıstan Respublikası Banklar Assosiasiyası və Avrasiya Sərhəd Əməkdaşlığı Maliyyə-Biznes Assosiasiyası tərəfindən, Qazaxıstanın Almatı vilayəti və Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin dəstəyi ilə təşkil […]
12 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bank sektorunun nümayəndələrinin iştirakı ilə hədəf qrup müzakirəsi keçirilib. Görüş əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib. Müzakirədə müvafiq Komissiyanın və yardımçı işçi qrupun üzvləri, […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) və qlobal texnologiya şirkəti Mastercard arasında davam edən əməkdaşlıq çərçivəsində təbiətinin gözəlliyi ilə seçilən Qəbələ şəhərində birgə tədbir keçirilib. Tədbirdə ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu və Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə üzrə Ekspert Qrupunun üzvləri iştirak ediblər. Tədbir çərçivəsində Mastercard tərəfindən dəvət olunmuş beynəlxalq ekspertlər rəqəmsal ödənişlərdə dələduzluqla […]
Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların problemli kreditlər üzrə müvafiq sahəyə məsul rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin Polşa Respublikasının Varşava şəhərinə işgüzar səfəri çərçivəsində görüşlər davam etdirilib. Səfərin ikinci günü, 15 oktyabr 2026-cı il tarixində günün ilk yarısında Polşa Banklar Assosiasiyasının inzibati binasında Polşa Banklar Assosiasiyasının Brüsseldəki Nümayəndəliyinin fəaliyyəti, həmçinin Assosiasiyanın Arbitraj Məhkəməsinin fəaliyyəti ilə […]