Xəbərlər

Müddət

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

3 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib. Görüşdə KİES-dən irəli gələn Mərkəzi Banka təqdim edilməli hesabatlar, KİES-in yenilənməsinə dair təkliflər, “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşa şəhərində işgüzar görüşü keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə təşkilatçılığı ilə 29-30 iyun 2024-cü il tarixlərində ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin mədəniyyət paytaxtımız olan Şuşa şəhərində “Qarabağda rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması: innovativ ödəniş xidmətləri, müasir ödəniş həlləri” mövzusunda işgüzar görüşü keçirilmişdir. […]

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosisasiyasının üzvləri arasında onlayn görüş keçirilib

3 iyul 2024 – cü il tarixində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosisasiyasının üzvləri arasında onlayn görüş keçirilmişdir. Görüşün əsas məqsədi “Həyatın Yaşam Sığortası və İpoteka məhsullarının sinerjisi modeli üzrə İşçi Qrup”u tərəfindən hazırlanmış arayış üzrə Mərkəzi Bank tərəfindən yönəldilmiş sualların cavablandırılması və əlaqədar məsələnin müzakirəsinin təşkili olmuşdur. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası […]

“Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti iclası keçirilib

2 iyul 2024-cü il tarixində Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun nun üzvləri arasında onlayn görüş keçirilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin […]

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və ABA -ya üzv bankların da iştirakı ilə vebinar keçirilmişdir

1 iyul 2024 -cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və ABA -ya üzv bankların da iştirakı ilə EY ekspertləri ilə birgə vebinar keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” qəbul edilmiş və icrası hazırda davam etdirilməkdədir.  Yol xəritəsinin birinci strateji prioriteti üzrə “ 1.4. Maliyyə […]

MÜDDƏT