Xəbərlər

Müddət

“Xüsusi tənzimləmə rejimi” ilə əlaqədar onlayn görüş keçirilib

27 may 2024-cü il tarixində Azərbaycanda tətbiq edilən “Xüsusi tənzimləmə rejimi” ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) nümayəndələrinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin, həmçinin bankları müvafiq sahə üzrə təmsil edən rəhbər nümayəndə/nümayəndələrin iştirakı ilə onlayn görüş keçirilib. Onlayn görüşdə xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərlə […]

ABA-nın əməkdaşı Beynəlxalq Maliyyə Korporasiyasının “ESG ToT” təlimində iştirak edib – Foto

22-24 may 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində İsveçrə höküməti tərəfindən dəstəklənən Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation – IFC) ESG (Ətraf mühit, sosial və idarəetmə) Standartları Proqramı çərçivəsində Avropa və Mərkəzi Asiya (regional) üçün nəzərdə tutulan Direktorlar Şurası üçün ESG və Dayanıqlılıq təlimçilər üzrə təlim (ESG ToT) proqramı keçirilmişdir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı […]

ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri baş tutmuşdur – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-24 may 2024-cü il ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Budapeşt-Vyana səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Banklarda rəqəmsallaşma problemlərinə həllər. Bank sistemlərinin inkişaf strategiyaları və yanaşmaları; Banklarda İT idarəetməsi və […]

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

23 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclasda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı, həmçinin digər cari məsələlər müzakirə olunmuşdur. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

21 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutmuşdur. İclasda Daxili auditorları ayı olaraq qeyd edilən May ayı ərzində icrası məqsədə uyğun hesab edilən məsələlər, Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil audit funksiyası tərəfindən təqdim edilən illik və yarım illik hesabatdan irəli gələrək […]

MÜDDƏT