Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayevin “Xəzər Xəbər”də müsahibəsi yayımlanıb. O, “Torpaq almaq üçün ipoteka krediti verilir?” sualı ətrafında açıqlama verib. Həmin müsahibəni (01:02-ci dəqiqədən etibarən -red.) təqdim edirik.
20 may 2024-cü il tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzi Bank və ABA-nın diqqət mərkəzində duran məsələlərdəndir. Görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat […]
17 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və “KPMG Azerbaijan”ın birgə təşkilatçılığı ilə “İT Risk və Kibertəhlükəsizlik” seminarı təşkil edilmişdir. “İT Risk və Kibertəhlükəsizlik” adlı seminar “Fintex Sammit 2024” tədbiri çərçivəsində ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun üzvləri, həmçinin bankların aidiyyəti məsələlər üzrə rəhbər şəxsləri və mütəxəssisləri […]
Mayın 16-da “FİNTEX SAMMİT 2024” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2023-cü ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Qiymətləndirməyə əsasən “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” layiq görülüblər. Mükafatları müvafiq olaraq […]
17 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində “Bilgi Güvenliği” adlı təlim keçirilmişdir. Təlim “İnformasiya texnologiyaları və informasiya texnologiyaları təhlükəsizliyi”, həmçinin “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə istiqamətində “Bilgi Güvenliği” istiqamətlərini əhatə edib. Təlimçilər sırasında isə təhlükəsizlik mühəndisi, məsləhətçi (Danışman güvenlik mühendisi) Melis Bostancı […]