Xəbərlər

Müddət

ABA ilə “Əmək bazarı” İşçi qrupu arasında onlayn görüş keçirilmişdir

21 fevral 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Əmək bazarı” İşçi qrupu ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında onlayn formada görüş keçirilmişdir. Bankların hüquq və kadr məsələləri üzrə məsul şəxslərinin iştirak etdiyi görüşdə son zamanlarda əmək qanunvericiliyinə edilmiş dəyişikliklər haqqında məlumat verilmiş və onların tətbiqi […]

“Обзор ежегодного исследования DORA – State of Devops” mövzusunda vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir. Bu cür tədbirlərin davamı olaraq, “Innowise group” tərəfindən 13 fevral 2024-cü il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “IT və IT təhlükəsizlik üzrə Ekspert Qrupu” üzvləri üçün “Обзор ежегодного […]

ABA üzvləri ilə “Bank of New York Mellon”-nun nümayəndə heyəti arasında görüş keçirilib

09 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın […]

Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub

8 fevral 2024-cü il tarixində, vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub. İclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak etmişdir. Görüş zamanı […]

Bakıda FINTEX SAMMİT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçiriləcək

VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FİNTEX SAMMİT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 15-16 may 2024-cü il tarixlərində Bakıda keçiriləcəkdir. FİNTEX 2021 onlayn, FİNTEX 2022 BAKI, FİNTEX 2023 BAKI, FİNTEX 2023 İSTANBUL tədbirini xatırlayaq: FİNTEX […]

MÜDDƏT