Xəbərlər

Müddət

ABA-nın eksperti Rasim Xammədov “Gənc liderlərin Zirvə Toplantısı”da çıxış etmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə 18-22 iyul tarixlərində “Gənc liderlər üçün Yay Universiteti” çərçivəsində “Gənc liderlərin Zirvə Toplantısı” keçirilib. Tədbirdə ABA-nın eksperti Rasim Xammədov “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyanın tətbiqi” mövzusunda təqdimatla çıxış etmişdir. Qeyd edək ki, tədbirdə yerli icra hakimiyyəti və dövlət strukrularının rəhbərləri iştirak ediblər. Görüş zamanı […]

Mərkəzi Bankda kommersiya banklarının rəhbərləri ilə görüş keçirildi

Mərkəzi Bankın sədri Taleh Kazımovun kommersiya banklarının rəhbərləri ilə növbəti görüşü keçirilmişdir. Görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olmuşdur. Ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf […]

ABA-nın ekspert qrupunun sədri Tamerlan Rüstəmovun növbəti məqaləsi dərc olunub

“Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmovun ölkəmizdə fintex ekosistemi və onun cari vəziyyəti, gələcək inkişaf istiqamətlərinə dair məqaləsi beynəlxalq maliyyə institutu olan İslam İnkişaf Bankının (IsDB) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) birgə […]

Mərkəzi Bank tərəfindən sahələrarası maliyyə axınlarının təhlili hesabatı yayımlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı özünün strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi, iqtisadi təhlil imkanlarının artırılması, habelə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin nəticələri geniş auditoriyaya təqdim […]

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura və Dövlət Vergi Xidməti arasında görüş keçirilib

Vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Nazirlik yanında İctimai Şura arasında görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov iştirak etmişdir. Görüş zamanı DVX-nin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi […]

MÜDDƏT