Bu gün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilir. Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının […]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 26.12.2023-cü il saat 14:15-də “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir. İclasda 2023-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilmiş, həmçinin 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilmişdir. Bundan başqa, iclasda […]
26 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib. Görüşdə ƏL/TMM sahəsində audit tezliyinin müəyyən olunması üzrə hazırlanmış metodologiya, KİES sorğusuna Mərkəzi Bankın rəyləri, Mərkəzi Bankda təqdim olunacaq audit hesabatlarına dair çərçivənin müəyyən olunması və daxili audit ekspert qrupunun 2024-cü il üzrə illik […]
Dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və […]
26 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Ticarətin maliyyələşməsi sahəsində pulların yuyulmasına qarşı fəaliyyət” mövzusunda onlayn təlim keçirilmişdir. Təlimçilər qismində Ruslan Əhmədov (Access Bank QSC) və Ramil Məmmədov (Yapı Kredi Bank Azərbaycan QSC) çıxış etmişdirlər. Onlayn təlim çərçivəsində “Ticarətin maliyyələşməsi məhsulları üzrə pulların yuyulması metodları”, “Ticarətin maliyyələşməsi məhsulları üzrə pulların yuyulmasının qarşısının […]