Xəbərlər

Müddət

ABA və Beynəlxalq Valyuta Fondu arasında görüş keçirilmişdir

23 fevral 2022-ci il tarixində Beynəlxalq Valyuta Fondunun Missiyasının nümayəndəsi Yizhi Xu ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” və “Kredit işi” Ekspert Qruplarının müəyyən üzvləri arasında onlayn görüş keçirilmişdir. Görüşdə kredit artımının drayverləri, COVID-in kredit keyfiyyətinə və gəlirliliyinə təsiri barədə müzakirələr edilmiş, həmçinin COVID-lə bağlı yardım tədbirlərinin genişləndirilməsinə dair fikir […]

ABA-nın “Komplayns Ekspert Qrupu” üzvlərinin “Bank of New York Mellon”-nun İstanbul nümayəndə heyətilə görüşü keçirilib

22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin “Bank of New York Mellon”-nun İstanbul nümayəndə heyətilə görüşü keçirilib. Görüş zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən Bankların hazırki vəziyyəti, Amerika Birləşmiş Ştatlarına aid banklar ilə müxbir əlaqələrinin qurulmasının qiymətləndirilməsi, müvafiq müxbir əlaqələrin qurulması üçün hazırda Bankların AML / Komplayns funksiyalarının […]

Ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

22 fevral 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb. Qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji […]

ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu ilə AFBİA arasında görüş keçirilmişdir

21 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun nümayəndələri ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) rəhbərliyi arasında onlayn iclas keçirilmişdir. İclas zamanı korporativ istiqraz bazarı və REPO əməliyyatlarında banklar tərəfindən investisiyaların artırılması, eyni zamanda bu istiqamətdə bankların xəzinədarlıq departamentinin qarşılaşdığı çətinliklərlə bağlı […]

MÜDDƏT