“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir – Foto

Əlavə edilib:

03 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşü “Azərbaycan Sənaye Bankı” ASC-nin baş ofisində keçirilmişdir.

Ekspert Qrupu üzvləri ödəniş kartları sahəsində baş verən fırıldaqçılıq əməliyyatları üzrə Mərkəzi Bankın zamanında məlumatlandırılması imkanları, qanunvericilik islahatları nəticəsində əvvəlcədən ödənilmiş kartlarla elektron pul arasında qarşılıqlı əlaqələr və elektron pulun tətbiqi imkanları, ödəniş kartları bazarında artan xərclər və beynəlxalq ödəniş sisteminin bu sahədə həyata keçirdiyi siyasət, habelə xərclərin optimallaşdırılması məqsədilə atılacaq addımları müzakirə etdilər.

Müzakirələr çərçivəsində beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya əlaqələrinin qurulması zamanı bulud texnologiyasından istifadə edilməsi ətrafında da fikir mübadiləsi aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT