Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qruplarının iştirakı ilə məsafədən verilən kreditlərə özünəqadağa mexanizminin yaradılması və gözləmə müddətinin tətbiqi ilə bağlı onlayn müzakirə keçirilib.
3 sentyabr 2026-cı il tarixində keçirilən görüşdə 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minəcək yeni tələblərin tətbiqinə hazırlıq, praktiki icra məsələləri və bankların qarşılaşa biləcəyi suallar müzakirə olunub.
Görüş zamanı bankların yanaşmaları, aydınlaşdırılması zəruri olan məsələlər və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ABA tərəfindən hazırlanmış ilkin praktiki təkliflər nəzərdən keçirilib.
Müzakirənin əsas məqsədi yeni tələblərin tətbiqi ilə bağlı vahid praktiki yanaşmaların formalaşdırılmasına və bankların hazırlıq prosesinə dəstək göstərilməsinə töhfə vermək olub.
