UNEP FI Azərbaycan bankları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Əlavə edilib:

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsü (UNEP FI) ilə Azərbaycan bank sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Sentyabrın 9-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) və üzv bankların nümayəndələrinin iştirakı ilə UNEP FI tərəfindən onlayn görüş keçirilib.

Görüş zamanı cari ilin sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə Bakıda keçirilməsi planlaşdırılan dayanıqlı maliyyə tədbiri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu tədbir ilin əvvəlində təşkil edilmiş vebinarların davamı olaraq keçiriləcək.

Bundan əlavə, Azərbaycan banklarının UNEP FI-yə üzvlük imkanları, COP29-dan sonrakı dövrdə dayanıqlı maliyyə istiqamətində prioritetlər, eləcə də Antalyada keçiriləcək COP31 çərçivəsində gözlənilən əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan bank sektoru ilə UNEP FI arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı maliyyənin inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

MÜDDƏT