Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Almaniya Banklar Assosiasiyasının dəstəyi ilə 20-23 oktyabr 2026-cı il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Almaniyanın Berlin və Frankfurt şəhərinə səfəri başa çatmışdır. Səfərdə ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun rəhbəri Fariz Rəhimov da iştirak etmişdir.
Səfər çərçivəsində Basel IV / CRR III tələbləri, kapital adekvatlığı, ESG və iqlim riskləri, bank tənzimlənməsi, kredit, bazar və likvidlik risklərinin idarə edilməsi, eləcə də rəqəmsal dayanıqlılıq, kibertəhlükəsizlik və DORA kimi mövzular müakirə olunmuşdur. Həmçinin süni intellektin risklərin təhlilində tətbiqi, rəqəmsal aktivlər və yeni maliyyə texnologiyaları, qrup səviyyəsində risklərin idarə edilməsi, ölkə və geosiyasi risklər üzrə beynəlxalq təcrübə öyrənilmişdir.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edilmişdir:
- Almaniya Banklar Assosiasiyası (BdB);
- Almaniya İctimai Banklar Assosiasiyası (VÖB);
- Akbank AG;
- The Bank of New York Mellon (BNY);
- Commerzbank.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 270-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 39 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.

