“Tələbin güzəşti” ilə bağlı banklarda yaranmış çətinliklər müzakirə olunub

20  sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun iclası keçirilib.

“Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya bankları nümayəndələrinin iştirak etdiyi iclasda “Tələbin güzəşti” ilə bağlı banklarda yaranmış çətinliklər müzakirə olunub.

Belə ki,  Mülki Məcəllənin  194-cü maddəsi ilə tələbə güzəşt edilməsinin müəyyənləşməsinə baxmayaraq, banklar hər hansı bir səbəbdən, o cümlədən likvidliyin artırılması məqsədi ilə kreditləri üçüncü şəxslərə satdıqda onların uçotunun aparılması, balansdan silinməsi və ortaya çıxa biləcək digər məsələləri tənzimləyən normativ aktların, habelə hesablar planında bu əməliyyatların uçotu üçün hesabların  olmaması səbəbindən bu əməliyyatları apara bilmirlər.

Müzakirələr əsasında belə qərara gəlinib ki, iclasda iştirak edən Ekspert Qrupunun üzvləri bu məsələni tənzimləyən bir sənəd hazırlayaraq onu bankların müzakirəsinə versinlər və  bankların ümumi rəyləri əsasında müvafiq normativ sənədin hazırlanması və qəbulu üçün ABA adından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunsun.

MÜDDƏT