Xəbərlər

Müddət

ABA və SİF arasında onlayn görüş keçirilib

29 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında onlayn görüş keçirilib. Görüşdə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların maliyyələşdirilmə imkanlarının genişləndirilməsi istiqamətində qurumlar arasındakı əməkdaşlığın növbəti addımları müzakirə edilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərinin verilməsi, eləcə də zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbul edilməsi ilə bağlı mövcud vəziyyət […]

ABA və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlığı çərçivəsində bank əməkdaşları üçün təlim keçirilmişdir

22 avqust 2024-cü il tarixində son dövrlərdə əmək qanunvericiliyinə edilmiş dəyişikliklər ilə bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) və Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşlığı çərçivəsində DƏMX tərəfindən ABA-ya üzv bankların bu sahəyə məsul əməkdaşları üçün “Zoom” platforması üzərindən maarifləndirmə təlimi təşkil edilmişdir. Təlim zamanı son dəyişikliklərin portalda tətbiqi, qaydalar, işəgötürənlərin vəzifələri haqqında məlumat ilə yanaşı, […]

Mərkəzi Bankın rəsmisi ölkənin valyuta bazarı ilə bağlı məsələlərə dair “Report” İnformasiya Agentliyinə müsahibə verib

Son dövrlər Azərbaycanın valyuta bazarında dollar satışına məhdudiyyətlərin tətbiqi ilə bağlı məsələlər daim olaraq gündəmdədir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev “Report”a müsahibəsində vəziyyətə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik –Son günlərdə ölkədə dollara tələbin artması səbəbindən bankların əksəriyyətində dollar satışında məhdudiyyətlərin olması ilə bağlı məlumatlara rast gəlinir. Bununla […]

Banklar və Biznes nəşrinin (BBN.az) SİMA məhsulları ilə əlaqədar – Müsahibəsi

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Banklar və Biznes nəşrinin (BBN.az) SİMA məhsulları ilə əlaqədar AzInTelecom-un media üzrə məsul şəxsi Amin Nəzərli ilə müsahibəsi: – SİMA-nın adına TV, radio, internet məkanında çox tez-tez rast gəlirik. Ümumiyyətlə, SİMA nədir?  SİMA yeni nəsil rəqəmsal imzadır. Ənənəvi formada desək, gücləndirilmiş elektron imza. “SİMA İmza” fərdlərin və şirkətlərin elektron sənədləri təhlükəsiz və […]

Azərbaycan Banklar Assosiasiyası Türkdilli Dövlətlərin Banklar Assosiasiyası Şurasının növbəti iclasında iştirak etmişdir

22 avqust 2024-cü il tarixində Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti Zakir Nuriyev, Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin, Türkdilli Dövlətlərin Banklar Assosiasiyası Şurasının icraçı direktoru Əli Güngör, Azərbaycan Banklar Assosiasiyasının icraçı Direktoru Yunus Abdulov, eyni zamanda Qazaxıstan Maliyyəçilər Assosiasiyasının Müşahidə Şurasının sədri Elena Baxmutova və sədrin birinci müavini İrina Kuşnarevanın da iştirakı ilə onlayn görüş […]

MÜDDƏT