Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası ilə Somali Banklar Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib

17 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Somali Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçiriblər. Görüş zamanı Azərbaycan bank sektorunun inkişaf tendensiyaları, maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. ABA rəhbərliyi tərəfindən bildirilib ki, Azərbaycanın bank sektoru son […]

ABA-nın nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

18 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas çərçivəsində davranış modeli üzrə müvafiq qaydalara olan dəyişiklik layihələri müzakrə edilmişdir. Ekspert Qrupunun üzvləri tərəfindən təqdim olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparılmış, təklif və rəyləri müzakirə edilmişdir.

Azərbaycan Banklar Assosiasiyası ilə ADFIMI görüş keçirib

17 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov İslam İnkişaf Bankına üzv ölkələrdə fəaliyyət göstərən Milli İnkişafın Maliyyələşdirilməsi Qurumları Assosiasiyasının (ADFIMI) baş katibi İlhami Öztürk ilə görüşüb. Görüş zamanı Yunus Abdulov Azərbaycan bank sektorunun hazırkı vəziyyəti, son illərdə əldə olunan nailiyyətlər, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər və maliyyə sektorunda […]

Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri Dövlət Vergi Xidməti ilə görüşüblər

16 iyun 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı dövlət–biznes dialoqunun əhəmiyyəti vurğulanıb, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində özəl sektorun rəy və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd olunub. DVX tərəfindən sahibkarlıq subyektləri və sahəvi assosiasiyalarla açıq və davamlı əməkdaşlığa xüsusi önəm verildiyi […]

Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən beynəlxalq hüquq forumunda iştirak edib

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 3–5 iyun 2026-cı il tarixlərində Almaniyanın Bremen Universitetinin professoru, tanınmış hüquqşünas alim Rolf Knieperin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbir keçirilmişdir. Tədbirdə Bank Ombudsmanın (ABA) da daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Bank Ombudsmanı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının […]

MÜDDƏT