Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır. Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə […]
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası, Bank Ombudsmanı, uzun illər hüquq sisteminin inkişafına mühüm töhfələr vermiş İkram Kərimov 84 yaşında vəfat etmişdir. İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon […]
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb. Görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarımili üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışlar müzakirə olunub. Görüşdə bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlılığının […]
DGK yanında İctimai Şura və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında görüş keçirilib İyulun 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şura və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında görüş keçirilib. Xatırladaq ki, 2020-ci ildə yaradılan və 2022-ci ildə rəsmi qeydiyyatdan keçən Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABB ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovu 45 illik yubileyi münasibətilə təbrik edib. Bu münasibətlə keçirilən görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, ABB-nin rəhbər heyəti, həmçinin ABA nəzdində fəaliyyət göstərən ekspert qruplarında rəhbər və üzv qismində təmsil olunan ABB əməkdaşları iştirak ediblər. Zakir Nuriyev çıxışı zamanı Azərbaycan Banklar […]