Xəbərlər

Müddət

Zakir Nuriyevin “Report” İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

Bir aydan çoxdur ki, Azərbaycanda “Card to card” əməliyyatlarına limit qoyulub. Məqsəd bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimallaşdırmaq, başqa sözlə, sözügedən əməliyyatlardan müxtəlif əmtəə və xidmətlərin haqqını ödəmək üçün istifadə edilməsinin qarşısını almaq, biznesdə uçotdankənar dövriyyə formalaşmasına və vergidən yayınmaya imkan verməməkdir. Bu həm də nağdsız əməliyyatlarda yeni mərhələnin başlanğıcı deməkdir. […]

Kredit işi üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib

11 sentyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Kredit işi üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib. İclas zamanı Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim ediləcək məlumatlarla bağlı məsələlər müzakirə olunub. Həmçinin bank sektoru üçün aktual olan digər cari məsələlərə baxılıb. Görüş çərçivəsində iştirakçıların təklif və rəyləri dinlənilib.

Ödəniş sistemləri və hesablaşmalar üzrə işçi qrupun ilk onlayn görüşü keçirilib

10 sentyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış Ödəniş sistemləri və hesablaşmalar üzrə işçi qrupun ilk onlayn görüşü keçirilib. Görüşdə ölkədaxili və transsərhəd ödənişlər üzrə mövcud vəziyyət, eyni zamanda hesablaşmaların həyata keçirilməsi zamanı yaşanan çətinliklər və digər əlaqəli məsələlər müzakirə olunub. Görüşdə ölkə xaricinə ödəniş hesabları üzərindən müştəri köçürmələri, ölkə daxilində […]

UNEP FI Azərbaycan bankları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsü (UNEP FI) ilə Azərbaycan bank sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub. Sentyabrın 9-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) və üzv bankların nümayəndələrinin iştirakı ilə UNEP FI tərəfindən onlayn görüş keçirilib. Görüş zamanı cari ilin sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə Bakıda keçirilməsi planlaşdırılan dayanıqlı maliyyə tədbiri barədə […]

ABA və AzFina arasında Birgə Komitənin növbəti iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında yaradılmış Birgə Komitənin növbəti iclası 7 sentyabr 2026-cı il tarixində onlayn formatda keçirilib. İclasda banklar və lisenziyalı ödəniş və elektron pul təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı iştirakçıların təklif və mövqeləri dinlənilib, qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Tərəflər bank və fintex […]

MÜDDƏT