Xəbərlər

Müddət

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

29 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun ödəniş kartları bazarında qarşılıqlı münasibətlərin tənzimlənməsi və rəqabət mühitinin daha da möhkəmləndirilməsinə həsr edilmiş növbəti görüşü keçirilmişdir. Ekspert Qrupu tərəfindən ödəniş kartları bazarında bərabər rəqabət mühitinin təmin olunması, interçeync xidmət haqları üzrə effektiv tarif siyasətinin […]

Mərkəzi Bank və ABA üzvləri arasında gender maliyyəsinin təşviqi ilə bağlı görüş keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri arasında mart ayının 28-də gender maliyyəsinin banklarda təşviqi ilə bağlı görüş təşkil olunmuşdur. “Zoom” platforması üzərindən keçirilən görüşdə Mərkəzi Bankın maliyyə inklüzivliyinin təmin olunması istiqamətində gender bərabərliyinin təşviqi ilə bağlı nəzərdə tutulan təşəbbüsləri iştirakçıların diqqətinə çatdırılmışdır. Görüşdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsindən irəli […]

Zakir Nuriyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” adlı konfransda çıxış edib

07 mart 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə yanaşı, dövlət və hökumət nümayəndələri, Komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər. […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

19 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas zamanı rəqəmsal ödəniş ekosistemi sahəsində qanunvericilik bazasında aparılan islahatlar, statistik hesabatlığın təkmilləşdirilməsi, elektron ticarət şəbəkəsi üzərindən həyata keçirilən ödəniş əməliyyatları, həmçinin təsərrüfat subyektlərinin kateqoriya kodlarının (MCC code) müəyyən edilməsi və tətbiqi […]

ABA-nın Ekspert Qrupunun sədri ATV kanalına müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV kanalına müsahibə verib. Ekspert Qrupunun sədri TV-də yayımlanan “İqtisadi Zona” verilişi çərçivəsində “Vəfat edən şəxsin bank hesabı vərəsələrə elektron qaydada təqdim olunacaq” mövzusu ətrafında fikir bildirib. Həmin müsahibəni (00:55 dəq. – dən başlayaraq) təqdim edirik.

MÜDDƏT