Xəbərlər

Müddət

“Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilib

31 yanvar 2025-ci il tarixində “Clarity AI” şirkətinin dəstəyi və ABA-ya üzv bankların nümayəndələrinin iştirakı ilə “Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilmişdir. Görüşdə iştirakçıların ESG çərçivələri, beynəlxalq hesabat standartları, karbon izinin ölçülməsi, həmçinin ESG məlumatlarının təhlili və idarə edilməsi sahəsindəki praktiki təcrübələri barədə fikir mübadiləsi aparılmışdır. Əlavə edək ki, 2017-ci ildə […]

AMB sədri 2025-ci ilin sektorlar üzrə ilk görüşünü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə keçirdi

2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutdu. BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov şəxsi X səhifəsində paylaşım edib. “Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari […]

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb. Beləliklə də, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll […]

ABA və SİF arasında görüş keçirilmişdir

28 yanvar 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatlarının rəhbərləri ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) idarə heyətinin sədri Osman Xaliyev arasında görüş keçirilmişdir. Görüş zamanı 2024-cü ilin nəticələri təhlil edilmiş, həmçinin 2025-ci il üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmiş və bu və ya digər istiqamətlərdə banklarda yaranan suallar cavablandırılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar […]

ABA-nın Rəyasət Heyətinin üzvü “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev ABA-nın Rəyasət Heyətinin üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevlə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Qurban oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilib.  

MÜDDƏT