Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Fəxri xiyabanı ziyarət edib. ABA rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
12 dekabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Al Hidayah Group və Malayziyanın Azərbaycandakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) rəhbəri Əzizağa Haxverdiyev və Biznesin İnkişafı Meneceri Nəriman İmranov iştirak ediblər. Qarşı tərəfi Al Hidayah Group-un […]
13–15 yaşlı məktəblilər arasında təşkil olunan Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi uğurla yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA), həmçinin Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi və ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə həyata keçirilib. Final mərhələsində 20 məktəbli iştirak edib. İlk üç yeri […]
4 dekabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi tərəfindən İİB Biznes Forumunda bankların iştirakı ilə bağlı məsələlərin müzakirəsi məqsədilə görüş keçirilib. Tədbirdə İİB-nin Biznes Forumunun təşkili direktoru Sahal Almarvai, təşkilati məsələlər üzrə menecer Nabil Əl Ələmi, Bankın Azərbaycandakı nümayəndəsi Lala Yusifova, eləcə də İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun nümayəndələri iştirak ediblər. Görüş zamanı Forumda […]
4 dekabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA)-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda iclası keçirilib. Görüş zamanı maliyyə və mühasibatlıq sahəsində bankların qarşısında duran cari məsələlərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, […]