Xəbərlər

Müddət

ABA “ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında mükafatlandırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu” üzvləri Qalaaltıya səfər edib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin 22-23 yanvar tarixlərində Qalaalti Hotel & Spa mərkəzinə səfəri təşkil edilmişdir. Rəqəmsal ödənişlərdə qlobal lider olan “Visa”-nın dəstəyi ilə baş tutan bu səfər zamanı təşkilat tərəfindən ölkədə fəaliyyət göstərən banklar rəqəmsal ödənişlərin inkişafı və stimullaşdırılması, innovativ ödəniş həllərinin tətbiqi, yeni nəsil […]

ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Mərkəzi Bankda baş tutmuş tədbirdə çıxış etmişdir

Ölkədə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə regionlarda maliyyə və ödəniş xidmətlərinin əlçatanlılığının artırılması istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aparılan tənzimləmə və infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri ilə bərabər bank sektorunun və biznes icmasının cəlb edilməsi ilə davamlı […]

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında görüş keçirilib

26 yanvar 2022-ci ildə ABA və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlikləri arasında görüş keçirilmişdir. Görüş zamanı ilkin olaraq Nazir müavini Firdovsi Əliyev tərəfindən nazirliyin fəaliyyəti, hazırda görülən işlər haqqında məlumat verilmişdir. Həmçinin ABA prezidenti Zakir Nuriyev ABA-nın fəaliyyəti, dövlət qurumları ilə əməkdaşlıq əlaqələri, öz fəaliyyətində ABA-nın korporativ sosial məsuliyyət layihələrinə önəm verməsi haqqında nazirlik […]

ABA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

21 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbər nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupunun onlayn formatda birgə görüşü keçirilmişdir. ABA-nın prezidenti Zakir Nuriyev və DVX-nın Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun iştirakı ilə keçirilən görüşdə Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilmiş, görüş […]

MÜDDƏT