Xəbərlər

Müddət

“Daxili audit üzrə Ekspert Qrupu”nun cari ildə ilk iclası keçirilib

19 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir. İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır. İclasın gündəliyində duran əsas məsələlər yeni kredit risklərinin idarəedilməsi  (fraud hallar), xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılma qaydası […]

Aqrar Sığorta Fondunda banklarla görüş keçirilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə ölkə banklarını məlumatlandırmaq məqsədilə 18 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə Fondda bank təmsilçiləri ilə görüş keçirilib. «Azərbaycanda aqrar sığorta məhsulları: aqrar sahədə risklərin sığortalanması və fermerlərin maliyyə əlçatanlığına aqrar sığortanın dəstəyi» adlı görüşdə Aqrar […]

Bank ombudsmanı İkram Kərimova fəxri ad verilmişdir

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Azərbaycanın əməkdar hüquqşünası, tanınmış vəkil İ.Kərimov “Türk dünyasına müstəsna xidmətlərinə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə” “Fəxri professor” adına layiq görülüb. Qeyd edək ki, İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, […]

Qumar oyunları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər müzakirə olunmuşdur

Qumar oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı 7 yanvar 2022-ci il tarixində ABA-nın Ödəniş Sistemləri və rəqəmsal bankçılıq, Hüquqi məsələlər, Komplayns üzrə Ekspert Qrup üzvlərinin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüşdə dəyişikliklərin banklara aid olan müddəalara, habelə onların tətbiqi məsələləri və açıq məsələlər müzakirə olunmuşdur.

“Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması”nın nəticələri bank nümayədələrinə təqdim edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması” aparılmışdır. Araşdırma seçilmiş 10 şəhər və rayonda kəmiyyət və keyfiyyət tədqiqat metodları əsasında fokus qrup müzakirələr və sorğular şəklində həyata keçirilmişdir. Sözügedən araşdırmanın nəticələrinin banklara təqdim edilməsi məqsədilə 24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi […]

MÜDDƏT