Xəbərlər

Müddət

BAKIDA V BEYNƏLXALQ BANKÇILIQ FORUMU KEÇİRİLƏCƏK

ONSITE (Ənənəvi formatda) – V BEYNƏLXALQ BANKÇILIQ FORUMU (BBF) – 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək. “MasterCard” tərəfdaşlığı çərçivəsində 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək olan 5-ci BEYNƏLXALQ BANKÇILIQ FORUMUNU (BBF) təqdim etməkdən məmnunluq duyuruq. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud […]

ABA-nın “Kredit işi” Ekspert Qrupu, AMB və ASA nümayəndələri arasında görüş keçirilib

7 oktyabr 2021-ci il tarixində ABA-nın “Kredit işi” Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Sığortaçılar Assosiasiyasının “Həyat” komitəsi arasında görüş keçirilmişdir. Görüş zamanı istehlak kreditlərinin sığortalanması, sığortalanmış müştərilər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl həyata keçirildiyi hallarda, sığortaçıya məlumat verilməməsi halları müzakirə edilmişdir.

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” müzakirə olunub

1 oktyabr 2021-ci il tarixində ABA-nın nəzdində yaradılmış İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na (Qaydalar) təklif edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edilmişdir. Müzakirə çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 05.10.2021

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. https://bilgiguvende.com/arastirma-sifre-seciminde-cok-ciddi-hatalar-yapiliyor/ https://bilgiguvende.com/60-milyonu-askin-giyilebilir-cihaz-verisinin-internette-basi-bos-birakildigi-anlasildi/ https://bilgiguvende.com/whatsapp-uctan-uca-sifreli-yedekleme-hizmeti-sunacak/ https://bilgiguvende.com/avustralya-ve-yeni-zelandada-dolandiricilik-girisimlerinde-yuzde-73-artis/ https://bilgiguvende.com/mobil-ve-pcde-oyun-tuzaklari-artiyor/

Azərbaycan Banklar Assosiasiyası adından vətəndaşların kart məlumatlarının istənilməsi ilə bağlı

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır. Bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır. Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda ABA adından […]

MÜDDƏT