Xəbərlər

Müddət

ABA-nın Prezidenti Zakir Nuriyev İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya üzv seçilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılmışdır. İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda, ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi işləri ilə məşğul olur. ABA-nın Prezidenti Zakir Nuriyev İctimai Şuraya üzv seçilmişdir. Başa çatmış seçkilərin nəticələrinə əsasən […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 17.08.2021

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik.          https://bilgiguvende.com/luks-araclara-sahip-siber-korsan-orgutune-ukraynada-polis-operasyonu/        https://bilgiguvende.com/abd-fidye-yazilimlara-karsi-verilen-mucadeleyi-odulle-guclendirdi/        https://bilgiguvende.com/cevrimici-pdfler-sirket-e-posta-oltalama-saldirilari-icin-kullaniliyor-iste-yapilmasi-gerekenler/       https://bilgiguvende.com/verinin-gucu-facebook-kullanicilari-iphoneda-takibe-yogun-sekilde-karsi-cikiyor/          https://bilgiguvende.com/microsoftun-acil-yamasi-printnightmare-zafiyetini-onlemeyi-basaramadi/

“Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib

12 avqust  2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib. İclas zamanı aktivlərin təsnifləşdirilməsi üzrə qaydaların yeni layihəsinə dair təkliflərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların […]

“Komplayns Ekspert Qrupu”nun tərkibində yaradılan kiçik işçi qrupunun ilk iclası keçirildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun 29 iyul 2021-ci il tarixində baş tutan onlayn görüşü zamanı  ÇPY/TMM üzrə son dövrlərdə aktual olan xüsusi indikatorların müzakirəsinin geniş miqyasda dəyərləndirilməsi ilə bağlı kiçik işçi qrupunun yaradılmasına qərar verilmişdir. 11 avqust 2021-ci il tarixində yaradılan kiçik işçi qrupunun ilk iclası keçirildi. İclas zamanı qadağan […]

ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

10 avqust 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nunnövbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru Aynur Süleymanlı və üzv bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib. İclasda bank əməkdaşlarının vaksinasiyaya səlb edilməsi vəziyyəti və digər zəruri cari […]

MÜDDƏT