Xəbərlər

Müddət

“Uber” taksi xidmətinə ƏDV-nin tətbiq edilməsi ilə bağlı görüş keçirilib

6 noyabr 2017-ci il tarixində Vergilər Nazirliyində “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanallar üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Azericard”ın və bir sıra kommersiya banklarının nümayəndələri iştirak edib. Görüş zamanı qeyri-rezidentlərə məxsus, o cümlədən […]

Əmək haqqı sorğusu layihəsinin nəticələri ilə bağlı təqdimat keçirilib

2 noyabr 2017-ci il tarixində “AccessBank”ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının “Tədris Strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupunun üzvləri görüşüb. Görüşdə  “Tədris Strategiyaları və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri, Qrupa üzv olmayan digər bankların və “Korn Ferry Hay Group” şirkətinin nümayəndələri iştirak edib. Görüş zamanı Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə keçirilmiş […]

Bank Ombudsmanına daxil olmuş müraciət üzrə vətəndaşla bank arasında ilk Barışıq Sazişi imzalanıb

2 noyabr 2017-ci il tarixində Bank Ombudsmanının inzibati ofisində vətəndaş Bağırov Abit Abdulla oğlu ilə fikir ayrılığı yarandığı bank – “Muğanbank”ın Katibliyə daxil olan müraciətlərə baxılması və Barışıq sazişinin bağlanılması üçün səlahiyyətli nümayəndəsi – Bankın İdarə Heyəti sədrinin hüquq məsələri üzrə müşaviri Sahib Daşdəmirovun iştirakı ilə görüş keçirilib. Görüş zamanı Bank Ombudsmanı öncə tərəfləri dinləyib […]

Rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının aparılması qaydası müzakirə edilib

Noyabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının  aparılması ilə əlaqədar bankların təkliflərinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, həmçinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” […]

MÜDDƏT