Xəbərlər

Müddət

“Türkiyədə Biznes kreditlərinin analizi təcrübəsi və CreditBarometer” adlı vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim artırılması üçün yerli və xarici təşkilatlarla birgə müxtəlif mövzularda seminarlar, vebinarlar və digər tədbirlər təşkil edir. Həyata keçirilən tədbirlərin davamı olaraq, 14 mart 2023-cü il tarixində “Zoom” onlayn platforması vasitəsilə Azərbaycan Bank Tədris Mərkəzi və “AGRA Fintech”in dəstəyi ilə “Türkiyədə Biznes kreditlərinin […]

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

13 mart 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan Mərkəzi Bankından […]

AMB, ABA və Əlil Təşkilatları İttifaqı arasında görüş keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin Əlil Təşkilatları İttifaqının (ƏTİ) səlahiyyətli şəxsi ilə görüşü barədə Ölkənin maliyyə tənzimləyici qurumu olaraq əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi AMB-ın diqqət mərkəzində duran məsələdir. AMB tərəfindən bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək […]

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirildi

9 mart 2023-cü il tarixində maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirildi. Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov […]

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə İştirakçı Banklar Birliyi arasında görüş keçirilmişdir

3 mart 2023-cü il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə görüş keçirilmişdir. Görüş çərçivəsində iki ölkənin bankçılıq sektoruna dair vacib irəliləyişlər və ölkələr arasındakı İslam maliyyə sektorunun cari vəziyyəti və mümkün sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Qeyd […]

MÜDDƏT