Xəbərlər

Müddət

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib – Foto

18 iyul 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun Mərkəzi Bankın əsas inzibati binasında növbəti iclası keçirilib. İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təqdim edildi. […]

Kibercinayətkarlığa qarşı DİN və bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb

Kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Bu barədə qərar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı […]

ABTC tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilib

15-16 iyul 2024-cü il tarixlərində  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABTC tərəfindən müvafiq dəstək tədbirləri görülür. Təlim Proqramı bu tədbirlər çərçivəsində MKOB […]

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “Telesəhər” verilişində qonaq olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev AzTV-də yayımlanan “Telesəhər” verilişində qonaq olub. O, istehlak krediti götürən şəxslərə həyat sığortasının təklif olunması mövzusundan danışıb. Həmin verilişə aşağıdakı videodan baxa bilərsiniz.

ABA rəhbər heyəti Türkiyə Banklar Birliyinin 67-ci Ümumi Yığıncağında iştirak etmişdir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 67-ci Ümumi Yığıncağında iştirak ediblər. Tədbirdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov iştirak […]

MÜDDƏT