Xəbərlər

Müddət

Bank ombudsmanı İkram Kərimova “şöhrət” ordeni təqdim edilmişdir

18 noyabr 2022-ci il tarixində Bank Ombudsmanı İkram Kərimova “Şöhrət” ordeni təqdim edilmişdir.  Mərasimi açılış sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbirdə iştirak edən hər kəsi salamlayaraq,  müasir vəkilliyin tarixində ilk dəfə Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı, vəkil İkram Kərimovun müzəffər xalqın nümayəndəsi kimi, Şuşa ilində cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında […]

ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

17 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru Aynur Süleymanlı və üzv bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib. İclasda HR sahəsində xarici təcrübənin öyrənilməsi ilə bağlı səfərlərin təşkili, HR […]

VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 24-25 noyabr 2022-ci il tarixində ənənəvi VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” keçiriləcək. İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes […]

ABA ilə Dünya Bankının nümayəndələri arasında görüş keçirilib

14 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının nümayəndələri arasında  “Maliyyə xidmətləri istehlakçılarının müdafiəsi” (FSMP2) layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, həmçinin, Dünya Bankının müvafiq missiyasının nümayəndələri iştirak etmişdir. Görüş zamanı bankçılıq sektorunun post-pandemiya şəraitinin icmalı, sektorun inkişafı ilə əlaqədar çağırışlar, Azərbaycanda […]

Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə təlimlərinə start verilib

14 noyabr 2022-ci ildə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın “Kredit işi Ekspert Qrupu” üzvlərinin, həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi məqsədi ilə İstanbula səfəri başlamışdır. İlk gün ərzində ümumilikdə 44 nəfər olan […]

MÜDDƏT