23-24 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclasları keçirilmişdir. İclaslar çərçivəsində turizm sahəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, POS-terminal infrastrukturundan istifadə effektivliyinin yüksəldilməsi, təsərrüfat subyetlərində Ani Ödənişlər Sistemi üzərindən QR-kod əsasında aparılan ödənişlərdə interçeync xidmət haqlarının tətbiqi və […]
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə […]
21 noyabr 2023-cü il tarixində gün ərzində davam edən “Treasury Risk Management” mövzusunda vebinar keçirilmişdir. Tədbir 13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası çərçivəsində üzv ölkələrin bankları üçün təlimlərin keçirilməsi ilə əlaqədar verilmiş qərara əsasən təşkil edilmişdir. Vebinar treyninq və performansın inkişafı üzrə məsləhətçi professor Murat Akkaya tərəfindən aparılmışdır. […]
22 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvlərindən formalaşdırılmış “İşçi qrup”un Yapı Kredi Bank Azərbaycanın ofisində ilk görüşü keçirilib. Görüşdə “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb. Müzakirə nəticəsində ƏL/TM […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub. 16 noyabr 2023-cü il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib. 15 bankdan 92 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub. Belə ki, “Kapital Bank” ASC və “ABB” ASC komandaları mümkün 36 […]