13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutmuşdur. İclasa Türkiyə Banklar Birliyi, İdarə heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Türkiyə İştirakçı Banklar Birliyinin sədri İlker Sırtkaya, Qazaxıstan Banklar Birliyinin vitse-prezidenti Marat Baitokov və Şuraya üzv olan Qırğızıstan, […]
Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 13-də Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüş keçirmişdir. Görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir […]
Əlilliyi olan şəxslərə maliyyə xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə” İşçi Qrupunun yaradılması olmuşdur. Əlilliyi olan şəxslərə keyfiyyətli maliyyə xidmətləri […]
8 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclas çərçivəsində bir sıra cari məsələlər müzakirə edilmişdir. Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların […]
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə 13-14 iyun 2023-cü il tarixlərində “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” adlı Sammit keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin […]