Xəbərlər

Müddət

ABA və “AmCham Azərbaycan” nümayəndələri arasında görüş keçirilmişdir

31 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupları, “AmCham Azərbaycan”ın “Bank, Maliyyə, Sığorta Komitəsi” (BMS) və quruma üzv olan şirkətlərin nümayəndələri arasında görüş keçirilmişdir. “AmCham Azərbaycan”ın aylıq görüşünə həsr edilmiş dəyirmi masada hazırlanmaqda olan və bank sektorunu əhatə edən ilkin “Ağ Kağız”da yer alan təklif və tövsiyələrin nəzərdən keçirilməsi və müzakirəsi aparılmışdır. […]

“Müxbir münasibətlərin qurulmasında diqqət edilməli olan məqamlar” adlı vebinar keçirilmişdir

4 noyabr 2022-ci il tarixində İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır. Şura tərəfindən 30 may 2023-cü il tarixində Zoom platforması üzərindən “Müxbir münasibətlərin qurulmasında diqqət edilməli olan məqamlar” adı altında vebinar keçirilmişdir. Vebinar zamanı maliyyə institutlarının nümunə kimi istifadə edə biləcəyi ən yaxşı beynəlxalq təcrübələr, müxbir hesablar vasitəsilə “müştərini tanı” sorğuları, sanksiya […]

ABA nümayəndəsi Qırğızıstanda keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu”nda iştirak edib

25 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəsi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2023”-də iştirak etmişdir. Forum çərçivəsində Qırğız Respublikasında və digər qonşu ölkələrdə rəqəmsallaşmaya dair fikir mübadiləsi aparılmış, burada ən son tendensiyalar müzakirə edilmiş, IT həlləri istiqamətində təqdimatlar edilmişdir. Maliyyə tədbirinin əsas mövzuları maliyyə sektorundakı tendensiyalar […]

Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

23-25 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş banklararası şahmat çempionatı başa çatmışdır. Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Bank Respublika” ASC qərarlaşmışdır. […]

Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır

23-26 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), […]

MÜDDƏT