Xəbərlər

Müddət

Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş konfransda ABA-nın eksperti moderator kimi çıxış etmişdir

Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş “Azərbaycan üçün daha güclü kiber ekosistem [More Powerful Cyber Ecosystem for Azerbaijan)”  konfransı keçirilmişdir. Konfransda Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İT və İT təhlükəsizlik ekspert qrupunun üzvü İlqar Əliyev “Davamlı kibertəhlükəsizlik ekosisteminə doğru: Azərbaycan, Türkiyə və İsrail modelləri nümunəsində” panelində “Kibertəhlükəsizlik trendləri: 2022 və yaxın gələcək” mövzusunda moderator […]

Qərbi Kaspi Universitetinin tələbələrinə Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir

V BEYNƏLXALQ BANKÇILIQ FORUMU çərçivəsində yan tədbirlərin həyata keçirilməsi davam etdirilir. 1 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetinin 50-yə yaxın tələbəsi üçün Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir. Təlimlər “Maliyyə savadlılığı və e-resurslar”, “Əmanət” və “Peşəkar karyerada maliyyə savadlılığının rolu” mövzularını əhatə etmişdir. […]

ABA-nın icraçı direktoru Yunus Abdulov “Azərbaycan üçün daha güclü kiber ekosistem” adlı konfransda çıxış etmişdir

29-30 noyabr 2021-ci il tarixlərində Prosol Şirkəti tərəfindən “Azərbaycan üçün daha güclü kiber ekosistem” (More Powerful Cyber Ecosystem for Azerbaijan) mövzusunda Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş konfrans keçirilmişdir. Sözügedən tədbirdə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov açılış nitqi ilə çıxış etmişdir. Çıxışı zamanı o, dünyada rəqəmsal təhlükəsizliyin əvvəlkindən daha əhəmiyyətli olduğunu, kibertəhlükəsizlik xərclərinin […]

Elektron imza üzrə yeni məhsulun bank nümayəndələri üçün təqdimatı keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçiriləcək V Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müxtəlif formatlı “Side event”lər təşkil edilir. Belə ki, ABA-nın tərəfdaşlarından olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Elektron imza üzrə yeni məhsul – SİMA yaradılıbdır. Üztanıma, “açıq açar” texnologiyalarını özündə birləşdirən bu məhsul biometriyaya əsaslanır və istifadəçilərə, eləcə də xidmət təklif […]

ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının rəhbərliyi arasında görüş keçirilmişdir

24 noyabr 2021-ci il tarixində “Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş baş tutmuşdur.  Görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak etmişdir. Görüş zamanı Zakir Nuriyev ABA və Visa arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Visa təşkilatının rəqəmsal […]

MÜDDƏT