Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası və “Azad İstehlakçılar” İctimai Birliyi arasında görüş keçirilmişdir.

24 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov arasında görüş keçirilmişdir. Görüşdə həmçinin Bank Ombudsmanı İkram Kərimov və Bank Ombudsmanının Məsul Katibi Elçin Həsənov iştirak etmişdir. Görüşdə sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı təklifləri haqqında fikir mübadiləsi aparılmış, əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. […]

ПЛАС-Форум «БАНКИ и РИТЕЙЛ: Цифровая трансформация и взаимодействие»

Республика Узбекистан по праву занимает ведущую роль в Центрально – Азиатском регионе и выступает одним из локомотивов экономического развития. Неслучайно именно Узбекистан выбран местом проведения саммита ШОС в 2022 году.        1 июня 2021 года в г. Ташкент Республики Узбекистан пройдет международный ПЛАС-Форум «БАНКИ и РИТЕЙЛ: Цифровая трансформация и взаимодействие». Организатором форума выступает Медиахолдинг «ПЛАС». […]

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilmişdir

21 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilmişdir. Görüş zamanı Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin (ƏSTİB) sədri Mirzə Məmməd Vəliyev görüşün təşkilinə və əməkdaşlığa görə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevə öz təşəkkürünü bildirmişdir. Görüşdə hər iki ictimai birlik arasında birgə layihələrin təşkili, əlilliyi […]

Rəqəmsal ödəniş imkanları müzakirə olunub

21 may 2021 – ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti , Azərbaycan Banklar Assosiasiyası arasında onlayn görüş keçirilmişdir. Görüşdə korporativ kartlarda təqdim olunan rəqəmsal ödəniş imkanları müzakirə olunmuş və bu imkanların genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Görüş nəticəsində bu mövzuda müzakirələrin davam etdirilməsinə qərar verilmişdir.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

21 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas zamanı Beynəlxalq kart təşkilatları tərəfindən təqdim olunan xidmətlər üzrə tariflər və ölkədə nəqliyyat layihələrinin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən […]

MÜDDƏT