Xəbərlər

Müddət

ABA-ın Rəyasət Heyətinin iclasları keçirilmişdir

16 və 23 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasları keçirilmişdir. Cari ilin 16 oktyabr tarixində keçirilən iclasda ölkənin maliyyə sektorunda hazırki vəziyyət və digər cari məsələlər müzakirə edilmişdir. 23 oktyabr tarixli iclasda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş […]

Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət […]

KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib

Biznes planların düzgün hazırlanması, maliyyənin idarə edilməsi və hesabatlığın təmin olunması, KOB-ların maliyyə savadlığının artırılması mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzinin təşkilatçılığı, müxtəlif bankların kredit və satış departamentlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş vebinarda məhz bu mövzuya həsr olunub. […]

Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanları buraxılır

Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilmişdir. Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 20.10.2020

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. 1.       https://bilgiguvende.com/yakin-gelecek-siber-korsanlar-reklam-panolarini-degistirerek-otonom-araclara-kaza-yaptirabilir/ 2.       https://bilgiguvende.com/fidye-yazilim-saldirilarinda-bilgisayar-aglarina-sizilmasina-neden-olan-4-yontem-ve-alinmasi-gereken-onlemler/ 3.       https://bilgiguvende.com/facebook-odul-avciligi-sadakat-programi-baslatti/ 4.       https://bilgiguvende.com/google-gizliligi-artirmak-icin-on-belleginin-calisma-seklini-guncelledi/ 5.       https://bilgiguvende.com/singapurda-router-cihazlarina-yonelik-guvenlik-kosullari-yasa-ile-genisletiliyor/

MÜDDƏT