Xəbərlər

Müddət

ABA-nın eksperti “Daşınar əmlak əsaslı maliyyələşmə günü” adlı tədbirdə təqdimatla çıxış edib – Foto

22 dekabr 2023-cü il tarixində daşınar əmlak əsaslı maliyyələşmə imkanlarının artırılması, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının yüksəldilməsi, həmçinin sahibkarların bu istiqamətdə üzləşdikləri çətinliklərin birgə müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın təşəbbüsü və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində “Daşınar əmlak əsaslı maliyyələşmə günü” adlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA), […]

“Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik” mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib – Foto

22 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş dəyirmi masa formatında görüş keçirilib. Maliyyə bazarları sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud təhdidlər və onlarla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi […]

ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

20 dekabr 2023-cü il tarixində ABB ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub. İclas zamanı vahid inkasassiya şirkəti ilə bağlı məsələlər geniş müzakirə edilmiş, bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin təqdimatı keçirilmişdir. Təqdimatda şirkət haqqında geniş məlumat verilmişdir, […]

ABA-nın təşkilatçılığı ilə “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçirilib – Foto

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçirilib. DOST Agentliyi, BDU və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqları, eləcə də onlar üçün yaradılmış imkanlar barədə geniş məlumatlandırmanın aparılması olub. Tədbir çərçivəsində əlilliyi olan tələbə və gənclərin çıxışları, o cümlədən müxtəlif […]

Mərkəzi Bankda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilmişdir – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı vaxtaşırı olaraq səlahiyyəti daxilində öz nəzarətində olan subyektlərlə görüşlər keçirir və maliyyə xidmətləri istehlakçılarına və investorlarına göstərilən xidmət səviyyəsinin artırılması məqsədi ilə onlarla birlikdə müzakirələr aparır. Belə görüşlər silsiləsi 2023-cü ilin dekabr ayında da həyata keçirilmişdir. Belə ki, 18 dekabr 2023-cü il tarixində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinin, o cümlədən kredit […]

MÜDDƏT