Xəbərlər

Müddət

ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT-in eksperti ilə görüşü təşkil edilmişdir

04-05 dekabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens Ekspert Qrupu”nun nümayəndələrinin SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyət) təşkilatının ölkəmizdə işgüzar səfərdə olan komplayens eksperti Steven Palstermans ilə görüşü keçirilmişdir. Görüş çərçivəsində SWIFT-in “Transaction Screening” (TSS), “Payment Control Service” (PCS), “KYC Registry” və digər əlaqəli xidmətləri barədə ekspertlər ilə müzakirələr aparılmışdır. Əlavə edək […]

ABA-nın prezidenti FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib

05 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABA ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib. Onun sözlərinə əsasən türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin, həmçinin onların bank sektorlarının bir təşkilat altında […]

“Mavi üfüqlər: Azərbaycanda mavi maliyyə alətlərinin tətbiqi imkanları” adlı seminar keçirilib – Foto

28 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Avropa Dayanıqlı Maliyyə Layihəsinin dəstəyi ilə “Mavi üfüqlər: Azərbaycanda mavi maliyyə alətlərinin tətbiqi imkanları” adlı seminar keçirilib. Azərbaycan maliyyə sektoru üçün təşkil edilən seminarda Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz, Avropa üzrə regional meneceri İvana Fernandes Duarte, ABA-nın icraçı direktoru Yunus […]

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında onlayn görüş keçirilmişdir

04 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında “Microsoft Teams” platforması üzərindən onlayn görüş keçirilmişdir. Onlayn iclas çərçivəsində vətəndaşlar arasında bank kartlarından təhlükəsiz istifadə, eləcə də bank xidmətlərindən istifadə […]

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

01 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. Onlayn iclas çərçivəsində “saxta lotereya” (fake) elanları, həmçinin SMS vasitəsi ilə göndərilən “saxta poçt” (fake) çatdırılması linkləri, fişinq resurları vasitəsi ilə vətəndaşların hesablarının ələ keçirilməsi və xarici ölkələrdə əldə […]

MÜDDƏT