Xəbərlər

Müddət

Ölkəmizdə rəqəmsal ödəniş ekosistemində postpandemiya dövründə hansı yeniliklər gözlənilir? – ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov – MÜSAHİBƏ

Postpandemiya dövründə ödəniş ekosisteminin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində Azərbaycan Respublikası Mərkəzi Bankının drayver rolu bir neçə istiqamətdə müşahidə ediləcəkdir. Burada nəzərə alınmalıdır, cari il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası baxımından sonuncu ildir. Cari ilin yekununa açıq qalan bir sıra layihələrin realizasiyası gözlənilir. […]

“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

27 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun  onlayn iclası keçirilib. İclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” ilə əlaqədar banklar tərəfindən verilmiş təkliflər müzakirə edilmiş, həmçinin banklar öz müvafiq rəy və təkliflərinə dəyişikləri həyata keçirmişdir. Qeyd edək ki, […]

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Türkiyədən tibb mütəxəssisləri dəvət olunub

Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı koronavirus pandemiyasına qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə dəstək verir. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub. Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 28.07.2020

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. 1.     https://bilgiguvende.com/garmin-urun-ve-hizmetleri-fidye-yazilim-saldirisi/ 2.     https://bilgiguvende.com/fidye-yazilim-alarmi-saldirilarda-ele-gecirilen-veriler-calindigi-gibi-sifreleniyor/ 3.     https://bilgiguvende.com/brezilya-merkezli-bankacilik-trojanlari-tum-dunyayi-tehdit-etmeye-basladi/ 4.     https://bilgiguvende.com/tum-siber-saldiri-cesitleri-covid-19-ile-birlikte-zirveye-cikti/ 5.     https://bilgiguvende.com/twitter-saldirisi-ile-ilgili-son-detaylar-8-hesabin-gizli-mesajlari-calinmis-olabilir/

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

24 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. İclas zamanı ölkə daxilində ödəniş kartları ilə aparılan müxtəlif növ əməliyyatlarda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqlarının tətbiq edilməsi müzakirə edilmiş və bu siyasətin tətbiq edilməsi dəstəklənmişdir. Həmçinin Azərbaycan Respublikası […]

MÜDDƏT