Xəbərlər

Müddət

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

8 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak edib. İclasda bağlanılmış banklarda qarşıya çıxan hüquqi pozuntuların yaranma səbəbləri və belə halların bir daha baş verməməsi üçün görülməli […]

ABA-nın icraçı direktoru özünüməşğulluq proqramı haqqında çıxış edib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır. Qeyd […]

ABA-nın “Risklərin İdarə Edilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması” Ekspert Qruplarının iclası keçirilib

6 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması” Ekspert Qruplarının AMB-nin nümayəndələri ilə onlayn iclası keçirilmişdir. İclas zamanı “Banklarda likvidlik risklərinin idarə edilməsi” Qaydasının yeni layihəsi üzrə bankların rəy və təklifləri üzərində ətraflı müzakirələr aparılmış, bankların və requlyatorun mövqeyi dinlənilmişdir. Qeyd edək ki, […]

ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun iyun ayı üzrə 3 onlayn iclası keçirilib

17-23-24 iyun 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Vergi Xidməti) tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

3 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. İclas zamanı POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 (yüz) manat məbləğinə qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə […]

MÜDDƏT