Xəbərlər

Müddət

May – İyun ayları ərzində ABA-nın Rəyasət Heyətinin 6 iclası keçirilmişdir

1 may 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas zamanı bank sektorunun cari vəziyyəti və investisiya imkanları müzakirə edilmişdir. 19 may 2020-ci il tarixində ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Görüş zamanı Dünya Bankının dəstəyi ilə həyata keçirilən özünüməşğulluq layihəsinin banklar tərəfindən dəstəklənməsi, Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin […]

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də […]

Bank xidmətlərindən istifadə zamanı virusa yoluxma riskinə qarşı görüləcək tədbirlər müzakirə edilib

Məlum olduğu kimi,  ölkədə Covid-19 infeksiyasının yayılması davam etməkdədir. Ödəniş terminalları, o cümlədən bankomat, POS-terminal, özünəxidmət terminallarından istifadə zamanı yaranan növbələr və viruslu səthlərlə təmas vətəndaşların infeksiyaya yoluxma riskini daha da artırır. Bu təhlükənin qarşısının alınması istiqamətində görüləcək təxirəsalınmaz tədbirlərin müzakirəsi məqsədilə 2 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə Azərbaycan […]

Media nümayəndələri üçün “İzafi borclanma, problemlər və tövsiyyələr” mövzusunda onlayn təlim keçiriləcək

“Kreditlərin verilməsi zamanı yüksək faiz dərəcələrinin tətbiq edilməsi nəticəsində əhalinin izafi borclanmasının qarşısını almağa yönəldilmiş maliyyə-maarifləndirməsi” işləri Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Bank Tədris Mərkəzinə həvalə edilmişdir. Bu layihə çərçivəsində media işçiləri üçün nəzərdə tutulan aşağıdakı mövzuda ÖDƏNİŞSİZ onlayn təlimdə Sizi və digər Media əməkdaşlarını […]

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib

Azərbaycan Banklar Assosiasiyasına üzv banklardan biri olan “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın vaxtsız vəfat xəbəri bütün bank sektorunu, o cümlədən ABA üzvlərini dərindən kədərləndirdi. Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti və həyatsevərliyi ilə seçilən əziz həmkarımızı və yoldaşımızı cavan yaşında itirmək, onun yoxluğunu qəbul etmək bizlər üçün olduqca ağır və […]

MÜDDƏT